Ru
10:47 / 22 Sentyabr 2017

Bağlanan şirkət Fərhad Əhmədovun deyilmiş - Yenilənib

1548
Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

"APA-Economics" şirkətin yaydığı elana istinadən xəbər verir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

 

"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.

 

***

 


A24.az-ın yaydığı məlumata görə, bağlanan müəssisə "Aznar” QSC deyil, "Az-nar” QSC-dir.


Sayt məlumatın doğruluğunu öyrənmək üçün adı çəkilən müəssisə ilə də əlaqə saxlayıb. "Az-nar” QSC-nin direktoru Asif Əhmədov bildirib ki, bağlanan müəssisə onlarındır.

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər