Ru
11:41 / 23 May 2017

"Fənərbağça"nın ulduz futbolçusu həbs edildi

1895
Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

 

Lent.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 46 nəfər tutulub. Tutulanlar arasında "Fənərbağça" klubunun ulduz futbolçusu Ozan Tufan da var. Onlar hazırda Maslakdakı təcridxanada saxlanılır.

 

Qeyd edək ki, əməliyyatdan əvvəl polis 6 ay müddətində fiziki və texniki təqib tədbirləri həyata keçirib.

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər