Fəhlələrin maaşı ötən il 4 faiz azalıb

1393
Azərbaycanda 2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
 
Dövlət Statistika Komitəsindən (DSK) BakuPost-a verilən məlumata görə, işçilərin 27,4%-i dövlət, 72,6%-i isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 4,1% azalaraq 780,7 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat olub. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 16,8% azalıb, mülki təyinatlı inşaat işlərində 12,%, binaların tikintisində isə 1,7% artıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər