Eyni mənzil bir neçə şəxsə satılıb - VİDEO

İki il əvvəl yeni binadan 33 min manata ev alan şəxs hələ də qapısını açıb içinə girə bilmir.
 
BakiPost.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, buna səbəb tikinti şirkətinin rəhbərliyi tərəfindən mənzilin bir neçə şəxsə satılmasıdır. Hadisə paytaxt sakini 25 yaşlı Nuray Nuriyevanın başına gəlib. Zərərçəkmiş deyir ki, iki il əvvəl metronun ''Əcəmi'' stansiyası yaxınlığındakı mənzillərini sataraq Yasamal rayonu ərazisində ''Yeni Yasamal'' MTK-nın inşa etdiyi binadan anası Rima Nuriyevanın adına ev alıb.

Nuray Nuriyeva bir müddətdən sonra müəyyən edib ki, şirkət tərəfindən aldadılan tək o deyil. Xanım deyir ki, həmin binada 200-ə qədər adam bu şəkildə aldadılıb. ''Yeni Yasamal'' MTK-dan pulunu ala bilməyən Nuray Nuriyeva məsələ ilə bağlı Baş Prokurur yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.

Şirkətin səlahiyyətli şəxsi ona bildirib ki, ona 40 min manat pul veriləcək.
Nuray Nuriyeva deyir ki, həmin şəxs onu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparıb ki, şikayət ərizəsini geri götürsün. Xanım ərizəsini geri götürsə də, ev üçün ödənilmiş məbləğ hələ də geri qaytarılmır.

''Yeni Yasamal'' MTK-nın hüquqşünası Habil Fətəliyev məsələ ilə bağlı bildirir ki, Nuray Nuriyeva Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ''Yeni Yasamal'' MTK-ya qarşı heç bir iddia və tələbinin olmadığını bildirib.

İndi zərərçəkmiş Nuray Nuriyevanın MTK-dan tək istəyi, ya mənzilini, ya da pulunu geri almaqdı. Belə faktlarla bağlı paytaxda dəfələrlə Baş Prokurur yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırmalar aparıb və tikinti şirkətləri barəsində cinayət işləri başlayıblar. Hətta həbs olunan şirkət rəhbərləri də olub. Amma yaşanan problem onu göstərir ki, hələ də belə şirkətlər mövcuddur.
 
Bakı Post


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017
Bütün xəbərlər
Bütün xəbərlər