Ru
14:00 / 24 Aprel 2018

Çexiya prezidenti İlham Əliyevi təbrik etdi

1925

Çex Respublikasının prezidenti Miloş
Zeman Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

BakuPost-un  məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.

 

İcazə verin, yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik
edim.

 

Mən çox şadam ki, ölkələrimiz
arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanan əlaqələr
səmimi və davamlı xarakter daşıyır, müsbət istiqamətdə inkişaf etməkdədir.
Bununla bərabər, hər iki tərəf üçün iqtisadi sahəni inkişaf etdirməyə imkan
verəcək yaxşı perspektivlər mövcuddur. Buna görə də əminəm ki, yeni mandatınız
dövründə mövcud layihələrin həyata keçirilməsi işinə birgə töhfə verəcək və
yeni layihələrə imza atacağıq.

 

Azərbaycan yalnız ikitərəfli sahədə
mühüm tərəfdaş deyil. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında
əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcək. Həmçinin Çex
Respublikasının da təşəbbüskarı olduğu və qonşuluğumuzdakı ən yaxın
tərəfdaşlarımızla münasibətlərin inkişafı üçün əvvəllər olduğu kimi, dost və
faydalı format olaraq dəyərləndirdiyimiz Şərq Tərəfdaşlığı çərçivəsində
əməkdaşlıq üçün də perspektivlər var.

 

Mən 2015-ci ilin sentyabr ayında
Bakıda dövlət səfərində olmağımı böyük məmnuniyyət hissi ilə xatırlayıram.
Eləcə də daha öncəki dəvətimi təkrar xatırladaraq Sizin Praqaya səfərinizi
gözlədiyimi bildirmək istəyirəm.

 

Hörmətli cənab Prezident,
seçkilərdəki qələbəniz münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə,
yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

 

İspaniyanın baş naziri Mariano
Rahoy Brey də prezident İlham Əliyevə təbrik ünvanlayıb.

 

Təbrikdə deyilir: "Hörmətli
cənab Prezident.

 

Yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti
adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

 

Sizə prezidentliyinizin yeni
dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki,
İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da
dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin
gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

 

Cənab Prezident, ən xoş
arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər