Ev qarın ağırlığına tab gətirməyib, uçdu

Cəlilabada yağan qar bir sıra fəsadlar törədib.

"Report”un Aran bürosu xəbər verir ki, rayonun dağlıq kəndlərinə gedən avtomobil yolları qarla örtüldüyündən, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Bəzi sürücülər avtomobillərinin təkərlərinə xüsusi zəncirlər bağlamaq məcburiyyətində qalıblar. Yola ehtiyatsız çıxanlar isə sərt döngələrdə köməksiz qalılar. Rayon ərazisində ən çox qar ucqar dağ kəndlərinə düşüb.

Qar kəndlərdəki tikililərə də ziyan vurub. Rayonun Sadatlı kəndində Yadulla Abbasova məxsus ev qarın ağırlığına tab gətirməyərək tamamilə uçub və yararsız hala düşüb. Eyni gündə İsbat Qafarova məxsus fərdi yaşayış evinin isə çardaq hissəsi çöküb. Xoşbəxtlikdən hər iki hadisə zamanı xəsarət alan olmayıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ziyan dəymiş evlərə baxış keçirildikdən sonra vətəndaşlara lazımi köməklik göstəriləcək.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

26 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər