Ev al və Türkiyə vətəndaşı ol

Türkiyədə ən azı 1 milyon dollarlıq daşınmaz əmlaka sahib olan şəxlərə, ən az 2 milyon dollarlıq sərmayə qoyan və ya 3 milyon dollarlıq bank hesabı olan şəxslərə vətəndaşlıq veriləcək.

Bu barədə məlumat, Türkiyənin Hürriyet qəzetində yer alıb.
Türkiyə vətəndaşlığı haqqında qanunda edilən dəyişiklikliyə görə:

1)Ən az 1 milyon dollar dəyərində evə sahib olmalı və 3 il ərzində həmin əmlakı satmayan
2) Ən az 2 milyon dəyərində sabit sərmayə qoyan

3) Ən az 3 milyon dollar bank hesabı olan və həmin pulu 3 il ərzində Türkiyədə fəaliyyət göstərən bankların birində saxlayan şəxslərə Türkiyə vətəndaşlığı veriləcək.

Hazırda 100 nəfərin bu qaydalara əsasən Türkiyə vətandaşlığı alması üzrə proses gedir.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər