Ru
11:19 / 19 İyun 2018

ETSN-dən yanğınla bağlı AÇIQLAMA

1816
Bu gün Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb.


ETSN-dən BakuPost-a verilən xəbərə görə, Nazirliyin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb. Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.


Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər