Ət bişəndən sonra bu vəziyyətə düşdü - VİDEO

 Sumqayıt sakini Afərin İbrahimova şəhərin 5-ci mk-da qəssəbxanadan aldığı ətin mənşəyinin bəlli olmadığını iddia edib.
 
BakuPost.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, o, ət dükanından aldığı ətdən yemək hazırladıqdan sonra rənginin birdən birə dəyişdiyinin şahidi olub. Şikayətçi həmin dükandan tez tez ət aldığını lakin belə bir halla birinci dəfədir rastlaşdığını bildirib.
 
Sözü gedən ət dükanındakı qəssab İlkin Niftəliyev bildirdi ki, müştəriyə ola bilsinki bir gün əvvəl kəsilmiş ət verilib.
İlkin Niftəliyev bildirir ki, həmişə onların gətirdiyi heyvanlar yoxlamadan sonra kəsilir. Əllərində sənədi də var.

Sumqayit şəhər baytarlıq idarəsindən isə bildirildi ki, nəinki həmin dükanlarda ümumən bütün qəssəbxanalarda satılan ətlərə, hər gün həkim nəzarəti var. Ət satışa çıxarılmazdan əvvəl laborotor müayinədən keçirilir sağlamlıq haqqında rəy verilir.

Qəssab deyir ki,tərtəmiz danalar kəsilir, baytar həkim isə bildirir ki, ət kəsim məntəqələrinə hər gün nəzarət olunur. Belə olan halda bəs vətəndaşa satılan bu keyfiyyətsiz ətə görə kim məsuliyyət daşıyır ?

Sumqayıt şəhər Baytarlıq idarəsindən oda bildirildi ki, vətəndaşın şikayəti araşdırılacaq.
 
BakuPost


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər