Ru
13:36 / 27 Mart 2017

- Azərbaycanda yeyilməli ətlər siyahısında olub… Eşşək əti ilə bağlı ŞOK faktlar

11390
Bir müddətdir, Azərbaycanda 5000 eşşəyin yoxa çıxması müzakirə mövzusuna çevrilib. Əhali yoxa çıxdığı bildirilən eşşəklərin restoran və kafelərə, dönərxanalara verildiyini düşünür. Bu isə ölkədə narahatlıq yaradıb.


Bəs eşşəklər həqiqətən hara yoxa çıxıb və eşşək əti nə qədər təhlükəlidir?


Bununla bağlı BakiPost.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əhalinin narahatlığının əsassız olmadığı deyib. Onun sözlərinə görə, Azərbaycanda yoxa çıxan 5000 eşşəyin əti dönərxanalara verilib. O qeyd edib ki, ətin bir hissəsi də mal ətinin arasında əhaliyə satılır. 


Ekspert iki il öncə də Xaçmazda meşədə çoxlu at, eşşək baş və ayağının tapıldığını xatırladıb: "Ölkədə qidanın təhlükəsizliyi problemi olduğu üçün bu baş verir. Hesab edirəm ki, 2018-ci ildə agentlik yarandıqdan sonra vəziyyət xeyli dəyişək. Hazırda isə dövlət orqanları biznes qurumlarına müdaxilə etmək üçün heç bir yoxlama aparmır. Ölkənin əmtəə bazarı təhlükəli və eşşək ətləri ilə təchiz olunur”. 

 



Birlik sədri vurğulayıb ki, eşşək əti istehlak edən insanlarda təhlükəli xəstəliklərin yaranması mümkündür: "Eşşək əti baytarların nəzarətindən tam qıraqdadır. Hətta hansı xəstəlik daşıyıcısı və necə xəstəliklər gəzdirdiyi barədə tam nəzarətdə olmayan bir heyvandır. Ona görə də ondan hansı xəstəliklərin ola biləcəyi, hansı heyvan xəstəliklərinin insana keçə bilməsi nə cəmiyyətə, nə də baytarlarla məlum deyil. Heç şübhəsiz ki, eşşək əti təhlükəli heyvan xəstəliklərinin insanlara keçməsinə şərait yaradar”. 


Eyyub Hüseynov onu da əlavə edib ki, eşşək əti Azərbaycan üçün ənənəvi deyil: "Amma o, mal ətinin içərisində gizli şəkildə insanlara satılır. İstisna olunmur ki, dönərxanalara da verilir”.

 



E. Hüseynov eşşək əti ilə bağlı daha bir ilginc məqamın üstünü açıb. Onun sözlərinə görə, SSRİ vaxtı Azərbaycanda eşşək əti yeməli ətlər siyahısında imiş: "Bizim birliyin əlində keçən əsrin 60-ci illərində hazırlanmış rəsmi sənəd var. Həmin sənəd SSRİ üzrə ətlərin növləri və qiymətləri barədədir. Sənəddə 15 respublika arasında yalnız Azərbaycanda eşşək əti yeməli ət kimi qeyd olunub. Onun qiymətləri və növləri göstərilib. 


Mən əminəm ki, o vaxt bu sənədi ermənilər hazırlayıb. Bu vaxta kimi də bu sənədin təkzib olunması haqda dəfələrlə dövlət orqanları qarşısında rəsmi məsələ qaldırmışam ki, bu sənədi kimlərin hazırladığı araşdırılsın. Ümumiyyətlə, bu sənəd təkzib olunmalıdır. 


Həmin sənəddə Azərbaycanda eşşək əti yeməli ət kimi işarə olunub, amma o vaxt eşşək əti tam yeyilməyən, heç yaxın durulmayan ət idi.  Belə ki, 1962-ci ildə SSRİ vaxtı kim uzunqulaq saxlayırdısa, həmin şəxslərə çox böyük cərimələr olunurdu. Gecələr sovet məmurları kəndləri və qapıları gəzib kimin həyətində eşşək görürdüsə, onları cərimə edirdilər. Bununla da əhali eşşəklərdən imtina etdi. Hətta çöllərdə, dağlarda və meşələrdə vəhşi eşşək sürüləri əmələ gəldi. Mən bunu görmüşəm. 


1982-ci ildə SSRİ-də böyük ərzaq böhranı oldu. Hətta əhaliyə toyda heyvan kəsmək qadağan olundu. O zaman belə eşşək əti istifadə edilmədi. Amma müstəqillik dövründə və bolluq zamanında dövlət orqanlarının qida təhlükəsizliyinə nəzarət edən orqanların yarıtmaz fəaliyyəti nəticəsində eşşək və at ətlərinin əhaliyə satılması gizli meydana çıxıb. Nədənsə Baytarlıq İdarəsi bunun cinayət tərkibli olmadığını düşünür”. 


Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda son bir ildə 5 000 eşşək yoxa çıxıb. 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib.


Ümumilikdə, 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb.


Sevinc Yasinqızı

Bakı Post
 - Azərbaycanda yeyilməli ətlər siyahısında olub… Eşşək əti ilə bağlı ŞOK faktlar
 - Azərbaycanda yeyilməli ətlər siyahısında olub… Eşşək əti ilə bağlı ŞOK faktlar
 - Azərbaycanda yeyilməli ətlər siyahısında olub… Eşşək əti ilə bağlı ŞOK faktlar
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər