Ru
15:49 / 19 Fevral 2018

“Əsəd Afrinə girsə...” - Çavuşoğlu bəyanat verdi

2484
"Əgər Suriya hökumət qüvvələri terrorçuların müdafiəsi üçün Afrinə gəlsə, Türkiyə "Zeytun budağı" əməliyyatını dayandırmayacaq".


BakuPost xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


O bildirib ki, "Zeytun budağı" hərbi əməliyyatı məhz Afrindəki terrorçulara qarşı yönəlib.


Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər