Ru
12:29 / 23 May 2017

- İngiltərə terroruna operativ şərh “Əsas hədəf ABŞ-dır”

1612

"Terrorçuların
əsas hədəfi Amerikadır”.

Bu
sözləri BakuPost.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu İngiltərənin
Mançester şəhərində törədilən terror hadisəsi
ni şərh edərkən deyib. Onun
sözlərinə görə, İngiltərə ABŞ-ın əsas müttəfiqlərindən biri olduğu üçün tez-tez
terrorçuların hədəfinə tuş gəlir: "İngiltərə zaman-zaman terrorçuların hədəfinə
çevrilib. Ən böyük terror hücumu 2005-ci ildə baş vermişdi. Terror təşkilatına
bağlı bir qrup İngiltərə vətəndaşı metro və avtobuslarda partlayışlar
törətmişdi. Ondan sonra ara-sıra kiçik miqyaslı olsa da terror hadisələri qeydə
alınırdı. Hətta bu yaxınlarda bir nəfər maşını ilə İngiltərə parlamentinin
binasına daxil olmaq istəyərkən qarşısı alınmış və bir polis, bir mülki
vətəndaş qətlə yetirilmişdi.


İndiki
hadisə isə daha güclü oldu. İngiltərənin hər zaman terrorçuların hədəfində
olmasının səbəbi odur ki, Böyük Britaniya Avropa ölkələri içərisində Amerikaya
ən yaxın olanıdır. Amerikanın əsas müttəfiqidir. Terrorçuların isə əsas hədəfi
ABŞ-dır. ABŞ-a gücləri çatmır, çünki orada terror törətmək çətindir. Ona görə
də onun müttəfiqini vururlar. Çünki okeanın
o tayına keçib planı həyata keçirmək o qədər də asan deyil. 2001-ci ildə
buna nail olsalar da, ondan sonra ABŞ-da təhlükəsizlik tədbirləri çox
gücləndirildi. O səviyyədə artırıblar ki, İŞİD və ya digər qruplaşmanın ora
terrorçu göndərə bilmə ehtimalı ən aşağı səviyyədədir. Amma İngiltərədə
qeyri-əhali çoxdur. Xeyli Pakistan və digər müsəlman ölkələrindən olan
İngiltərə vətəndaşı var ki, onların bir qismini ələ almaqla bu cür terrora
həvəsləndirə bilirlər”.


E.Şahinoğu düşünür ki, terrorçu-kamikadze
sosial şəbəkələr vasitəsilə İŞİD-ə qoşulmuş şəxslərdən də ola bilər:
"Bəzi
terrorçular heç Suriya və İraqda İŞİD sıralarında olmayıblar. Onlar sadəcə
sosial şəbəkələr, internet vasitəsilə qruplara cəlb olunub, terrora
həvəsləndirilirlər. Düşünürəm ki, araşdırdıqdan sonra məlum olacaq ki,
İngiltərədəki hadisəni törədən şəxs bəlkə də heç Suriya və İraqda olmayıb.
Sadəcə İŞİD-in təsiri altında bu terror törədib”.

 

Nigar 

Baku Post
 - İngiltərə terroruna operativ şərh “Əsas hədəf ABŞ-dır”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər