Ermənistanda polislə etirazçılar arasında toqquşma: səs bombası atıldı - Siyasətçi yaralandı

1300
Ermənistanın paytaxtında etirazçılarla polis arasında toqquşma baş verib.

BakuPost Ermənistan mətbuatına istinadən xəbər verir ki, parlament binası yaxınlığında vaşlayan insident zamanı səs bombasından istifadə olunub. Bir neçə nəfərin yaralandığı bildirilir. Yaralananlar arasında Ermənistanın Vətəndaş Sazişi Partiyasının lideri, "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan da var. O, xəstəxanaya çatdırılıb. Siyasətçinin əlləri və üzündən xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, hazırda Yerevanda Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmalar davam edir.

Polisin səs bombasından istifadə etməsi nəticəsində etiraz aksiyasında iştirak edənlərdən bəziləri yaralanıb. Ambulanslar yaralılara yetişə bilib və hazırda onlara ilkin yardım göstərilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər