Ru
15:37 / 20 İyun 2018

Ermənistanda nazir müavini əsgərlərin yeməyini gizlədirmiş

2380
Ermənistan müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryan əsgərlərə ayrılan qida məhsullarının bir hissəsini gizlədirmiş.


BakuPost Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb. Bildirilir ki, Qriqoryan "Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlədib. 


Sözügedən ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankaları ilə yanaşı, satış üçün nəzərdə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb. 


Qeyd edək ki, iyunun 19-da Manvel Qriqoryan barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər