Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası

Yerevanda Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya çərçivəsində qazancı Yerevan yarmarkalarındakı fəaliyyətlə bağlı olan yüzlərlə vətəndaş toplaşıb.
Etirazçılar vergi müfəttişlərinin onları soyduğunu iddia edərək əvvəlki rejimdə işləmələrinə icazə verilməsini tələb edir.
Aksiya iştirakçıları Ermənistanın baş naziri ilə görüş tələb edirlər.
KİV-in məlumatına görə, hazırda etiraz bölgəsində gərgin vəziyyət hökm sürür.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

27 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər