Ermənistanda Azərbaycan qarpızları satılır?

796
Ermənistanın kənd təsərrüfatı yarmarkalarında Azərbaycanda istehsal olunan qarpızların satışa çıxarıldığı iddia olunur.

BakuPost xəbər verir ki, Ermənistan mətbuatının ehtimalına görə, son günlər erməni bazarlarında Azərbaycanda becərilmiş qarpızlar ölkəyə Gürcüstan və Rusiya vasitəsilə yol gətirilir.

Hətta bununla əlaqədar Ermənistanın ərzaq təhlükəsizliyi ilə məşğul müfəttişliyi xəbəri təkzib edərək, Azərbaycan qarpızlarının Ermənistan ərazisinə gətirilmədiyi barədə bəyanat yaymalı olub.

Məlumatda qeyd olunub ki, cari ilin iyul-avqust aylarında Ermənistana qarpız yalnız Gürcüstan və Rusiyadan gətirilib. 

Qeyd edək ki, daha əvvəl də Azərbaycana məxsus meyvə-tərəvəz, hətta qənnadı məmulatlarının Ermənistan bazarlarına yol tapması ilə bağlı məlumatlar yayılmışdı.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər