"Ermənistan tərəfinin bəyanatı əsassızdır" - Müdafiə Nazirliyi

878
Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycan Ordusunun Ermənistanla sərhəddə mühəndis işləri görməsi barədə bəyanatını məsuliyyətsiz və əsassız adlandırıb.

BakuPost-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan Ordusu bölmələrinin öz mövqelərini yaxşılaşdırmaq məqsədi ilə guya Azərbaycan-Ermənistan sərhədinin bəzi məntəqələrində aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsilə nəticələnən təxribatının bəraət qazandırılmasına və ört-basdır edilməsinə yönəldilib".

Bəyanatda qeyd edilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan hissəsində vəziyyət Ermənistanın müdafiə və xarici işlər nazirlərinin oraya gəlməsinə qədər sabit qalmaqda davam edirdi.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər