Ru
11:41 / 22 Avqust 2017

Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq

1071
 Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb.


"Report" xəbər verir ki, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar. 


Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdirilib. Bundan əlavə, məlum olub ki, elə həmin gün bu alayın 2-ci taborunun əsgəri Qaqik Martirosyanın da hələlik naməlum şəraitdə barmağı sındığı üçün hospitala aparılıb.


Ağdərə ətrafında yerləşən digər bölmədə odlu silahdan istifadə qaydalarının pozulması səbəbindən Hraç adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunublar.


Yenə də Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissədə müqavilə əsasında xidmət edən hərbi qulluqçu Armen Yeğazaryan tərəfindən kiçik rütbəli zabitin döyülməsi, o cümlədən fərarilik və mobil telefondan istifadə etmə faktları üzrə cinayət işləri açılıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər