Ru
11:58 / 25 Aprel 2018

Ermənistan müxalifəti yenidən meydanlara axışır – Mitinqlər davam edəcək / CANLI

2657
Ermənistanda müxalifətçilər yenidən "Respublika" meydanına toplaşmağa başlayıblar.

 

BakuPost erməni KİV-nə istinadən xəbər verir ki, mitinqdə müxalifət lideri, deputat Nikol Paşinyanın çıxış edəcək. N.Paşinyan daha əvvəl aprelin 25-də hökumətlə danışıqları davam etdirəcəyini bildirib, lakin aprelin 24-də axşam bu görüşün baş tutmayacağı aydın olub. N.Paşinyan Ermənistanın hakim Respublika Partiyasının Serj Sarqsyanın istefası bahasına hakimiyyəti saxlamaq istədiyini bildirərək, etiraz aksiyalarının davam etdiriləcəyini söyləyib.

 

Müxalifətçi aprelin 25-də də etiraz aksiyalarını davam etdirməyə və respublikaçıların hakimiyyətdə qalmasına icazə verməməyə çağırış edib.

 

Xatırladaq ki, Serj Sarkisyan Nikol Paşinyanın başlatdığı 11 günlük aksiyanın ardından istefa verib.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər