Ru
16:22 / 22 Fevral 2017

Ermənistan müharibədə “İskəndər”dən istifadə edəcək?

1091
Xəbər verdiyimiz kimi Ermənistanın müdafiə naziri Viqen Sarkisyan "RİA Novosti”yə müsahibəsində Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfinin "İskəndər” raketlərindən istifadə edə biləcəyini açıqlayıb.


Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev BakiPost.az-a açıqlamasında bildirib ki, nazirin belə açıqlama verməsinə baxmayaraq, Ermənistan bu silahlardan özbaşına istifadə edə bilməz: "Düşünürəm ki, burada bir neçə məqam var. İlk növbədə Ermənistanın həqiqətən belə bir silaha malik olduğunu həm daxili auditoriyaya gələcək siyasi fəaliyyət üçün göstərmək, həm də xarici qüvvələrə ki, dövləti qorumaq üçün bu silaha malikdirlər. İkinci məqam isə təbii ki, Azərbaycandan olan qorxuya görə bu bəyanat verilir. Məlumdur ki, bu silahlardan istifadə Ermənistan tərəfindən özbaşına həyata keçirilə bilməz. Çünki onlar KTMT-nin üzvüdürlər. Cavab atəşi məhz artıq dövlətlər arası münaqişə deməkdir. Üçüncü məqam da ondan ibarətdir ki, ən müasir silahlarla təchiz edilən Azərbaycanla özlərini müqayisə etməyə çalışırlar”.


Arzu Nağıyev qeyd edib ki, məhz bu bəyanatın seçkiqabağı təbliğat başlanan vaxt verilməsi çox maraqlıdır: "Bütün bunların hamısı məhz siyasi gedişlərdir və Sarkisyanın komandasının hakimiyyətdə saxlanılmasına hesablanıb”.


Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər