Ru
10:55 / 10 Yanvar 2017

Erməni sensasion açıqlamasını təkzib etdi - Tağıyevin dostunun əsl siması/ FOTOFAKT

5837

Ukrayna Erməniləri Milli
Konqresinin sədri Aşot A
vanesyanın dünən Azərbaycanla bağlı verdiyi sensasion
açıqlama təkzib olunub.

BakiPost.az xəbər verir ki, diaspor rəhbəri "APA”da
öz adından yayılan "Azərbaycanın işğal olunmuş rayonları geri
qaytarılmalıdır”
məzmunlu xəbərlə bağlı şərh verib. O, öz "Facebook”
hesabında belə bir açıqlama vermədiyini yazıb. Əlavə edib ki, bu, ona qarşı təxribatdır:"Azərbaycan Kütləvi İnformasiya Vasitələrində mənim adımdan açıqlama yayılıb.
Öz tərəfimdən tam məsuliyyətimlə bəyan edirəm ki, bu, mənə qarşı təxribatdır. Harada
doğulmasından və yaşamasından asılı olmayaraq "Dağlıq Qarabağ Respublikası” və
Ermənistan Respublikası hər bir erməni üçün ən dəyərli varlıqdır. Yalnız erməni
xalqının həmin regionda təhlükəsizliyinin tam təmin olunması şərti ilə hansısa
kompromislərdən danışmaq olar.

 

Ən əsası mən yazılanlardan fərqli olaraq Ermənistan
rayonu olan Vartaşyanın Calut kəndində anadan olmuşam”.



"APA”dan isə BakiPost.az-a bildirilib ki, Aşot
Avanesyanın verdiyi açıqlamanın səs yazısı mövcuddur və həmin səs yazısı bir qədər
sonra yayımlanacaq.


Qeyd edək ki, mətbuatda Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevin Ukraynada
yaşayan ermənilərlə, xüsusilə də Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanla dostluq münasibətləri
ilə bağlı məlumatlar və fotolar yayılıb. R. Tağıyev məsələ ilə bağlıBakiPost.az-a MÜSAHİBƏsində Aşot Avanesyanın Azərbaycanı öz vətəni hesab
etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Daha sonra isə
Aşot Avanesyanın adından R. Tağıyevin fikirlərini təsdiqləyən açıqlama yayılıb.
Açıqlamada deyilir: "Mənim rəhbərlik etdiyim
konqresin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ
münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında
son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi
bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi
bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş
rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə,
deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir,
mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq Azərbaycanı özümüzə
vətən hesab edirik. Biz istəyirik
ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.


Bütün hallarda Aşot
Avanesyanın yaydığı açıqlamadan görünür ki, R. Tağıyevin dostluq etdiyi erməni diaspora
rəhbəri Azərbaycanın ərazi bütövlüyünü tanımır, o, əsl erməni millətçisidir.



Bakı Post

Erməni sensasion açıqlamasını təkzib etdi -  Tağıyevin dostunun əsl siması/ FOTOFAKT
Erməni sensasion açıqlamasını təkzib etdi -  Tağıyevin dostunun əsl siması/ FOTOFAKT
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər