Ru
13:48 / 09 Yanvar 2017

Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar - Açıqlama/ FOTOLAR

18345

İbrahimovun biznes ortağı Ukraynada
ermənilərlə necə kef çəkir?

Kiyevdəki Azərbaycan Cəmiyyətinin
sədri Rövşən Tağıyevlə bağlı mətbuatda sensasion məlumat və fotolar yayılıb.

BakiPost.az gununsesi.info-ya
istinadən xəbər verir ki, R. Tağıyev və dostları 2017-ci ili Ukraynada erməni
diasporunun nümayəndəriylə birlikdə qarşılayıb. Təşkil olunan tədbirdə Ukrayna
Erməniləri Konqresinin sədri Aşot Avanesyan da iştirak edib. Hətta Tağıyevlə
Avanesyanın şənlikdə birlikdə fotosu da var.



BakiPost.az Kiyevdəki Azərbaycan
Cəmiyyətinin sədri Rövşən Tağıyevin erməni dostu Aşot Avanesyanın kimliyi və
onların münasibətləri barədə ilginc məlumatlar əldə edib.

Məlumata görə, Avanesyan erməni
diasporunun əsas simalarından biridir. Ukrayna parlamentinə qondarma erməni
soyqırımının tanınmasıyla bağlı layihə göndərən şəxs də məhz Avanesyandır.
Erməni lobbisinin gücü və böyük biznesi ilə o, Kiyevdə Azərbaycana qarşı olan
bütün layihələrin önündə gedir. Bu ölkənin daxili işlər naziri erməni əsilli
Arsen Avakovla dost olması onun imkanlarını daha da genişləndirir.

Belə bir adamın azərbaycanlılarla,
xüsusən də ölkəmizin diaspor rəhbərləri, təmsilçiləri ilə sıcaq münasibəti
əlbəttə kifayət qədər maraqlıdır. Araşdırma zamanı məlum olur ki, Azərbaycanın
Ukraynadakı diaspor qurumlarından birinin rəhbəri Rövşən Tağıyevin
belə bir şəxslə dostluq etməsinin əsas səbəbi biznes ortaqlığıdır. Mənbə
bildirir ki, R.Tağıyev ortağının əlaqələrindən istifadə edərək, imkanlarını
xeyli genişləndirə bilib.


Maraqlıdır ki, diaspora rəhbərimizin
erməni ilə dost olması faktının gündəmə gəlməsi ilk dəfə deyil.


Onların dost olması ilə bağlı ötən
il də məlumat yayılmış və birgə fotoları tirajlanmışdı. 


 


Məlumatda bildirirdi ki, yəhudilərin və ermənilərin birgə yaratdığı Ukrayna Millətlər Assambleyası adlı qeyri - hökumət təşkilatı azərbaycanlı qismində Rövşən Tağıyevin adına qeydiyyatdan keçib. Bu assambleyada ermənilər rəsmi olaraq da təmsil olunurlar və burada müxtəlif layihələrə R. Tağıyevlə birgə müəlliflik ediblər. 

Yayılan fotolarda isə R. Tağıyev
erməni icması ilə birgə tədbirlərdə və Kiyevdə özünə məxsus "Marinski”
restoranında ermənilərə verilən ziyafətdə A. Avanesyanla birgə əks olunmuşdu.


Rövşən Tağıyev və Aşot Avanesyan Yeni il tədbirində


Məsələnin ilginc tərəfi isə odur ki,
Azərbaycan Diaspor Komitəsinin sədri Nazim İbrahimov bütün bunlardan sonra
R.Tağıyevi vəzifəsindən uzaqlaşdırmaq əvəzinə, ona əlavə səlahiyyətlər verib,
onun Ukraynadakı fəaliyyətini daha da genişləndirib. Belə ki, komitə sədri
Ukraynaya yeni təyin olunmuş səfirimizə əsas diaspor rəhbəri kimi məhz
R.Tağıyevi təqdim edib. Elə buna görə də, bu ölkəyə təyin edilmiş yeni səfir
qatıldığı bütün tədbirlərə özüylə məhz R.Tağıyevi aparır.


Rövşən Tağıyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev

Bundan başqa, Rövşən Tağıyev dünya
azərbaycanlılarının qurultayında N. İbrahimovun tövsiyəsi ilə "Tərəqqi” medalı
ilə təltif olunub.

BakiPost.az-ın əldə etdiyi
məlumatlara görə, Nazim İbarhimovun R.Tağıyevə belə sıcaq münasibət
göstərməsinin də özəl səbəbləri var. Məlum olub ki, Ibrahimovlari Ukraynadakı
biznesini həmin adamın köməyi ilə inkişaf etdirib. Rövşən Tağıyevin İbrahimovun
balaca qardaşı, iş adamı, hazırda Kiyevdə göydələnlər tikdirən Sahib İbrahimovla çox yaxın dost olduğu da deyilir.


Rövşən Tağıyev Nazim İbrahimovla 

Məhz bu əlaqələrin mövcudluğu Rövşən
Tağıyevin ermənilərlə yaxınlığına rəğmən, Kiyevdə azərbaycanlıların təmsilçisi kimi
tanınmasında böyük rol oynayıb.


Məsələ ilə bağlı Rövşən Tağıyev BakiPost.az-a açıqlamasında Aşot Avanesyanla yaxın münasibətlərinin olduğunu
təkzib etməyib. Bildirib ki, Aşot Bakıda anadan olub və onunla eyni beynəlxalq
təşkilatda təmsil olunur.


Qeyd edək ki, R.Tağıyev bu
məsələlərlə bağlı, eləcə də İbrahimovlarla dostluğu barədə geniş danışıb,
sensasiya hesab olunacaq açıqlamalar verib. Həmin yazını ayrıca müsahibə kimi
təqdim edəcəyik.


Bakı Post

Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar -  Açıqlama/ FOTOLAR
Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar -  Açıqlama/ FOTOLAR
Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar -  Açıqlama/ FOTOLAR
Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar -  Açıqlama/ FOTOLAR
Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar -  Açıqlama/ FOTOLAR
Ermənilərlə dostluq edən diaspor rəhbərimizlə bağlı şok faktlar -  Açıqlama/ FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər