Ru
13:48 / 16 Yanvar 2017

“Ermənilərin cəbhədə təxribat törətməkdə 2 məqsədi var…”

807

"Dağlıq Qarabağda müharibə olmayacaq”.

Bunu BakiPost.az-a politoloq Qabil Hüseynli Ermənistan
tərəfinin cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirməsi məsələsinə münasibət
bildirərkən deyib.

Onun sözlərinə görə, prosesin başında Rusiya olduğu
müddətcə Dağlıq Qarabağda müharibə olmayacaq: "Ermənistanı təxribatlara sövq edən
Rusiyanın müəyyən siyasi dairələridir.


Ermənistan isə təxribatlarda iki məqsəd güdür. Əvvəla
Kollektiv Müdafiə Təşkilatını bu proseslərə cəlb etmək niyyətləri var.

Bundan başqa, daxildə yaranmış ağır və gərgin vəziyyətdən
əhalinin diqqətini yayındırmaq məqsədilə cəbhədə təxribatlar törədirlər”.


Qabil Hüseynli bildirib ki, Ermənistan ordusunda da ürəkaçan
deyil:
"Çünki Ermənistandan olan çağırışçılar orduda xidmət etmək istəmirlər. Fərariliyə
daha çox üstünlük verirlər. Erməni mətbuatının da yazdığına görə, son dövrlərdə
erməni ordusunda fərarilərin sayı xeyli artıb. Lakin bunlara baxmayaraq, Ermənistan
təxribatlarına davam edir”.


Xatırladaq ki, artıq bir neçə gündür ki, Ermənistan
tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirib. Hətta iriçaplı ağır
silahlardan istifadə olunub.



Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, düşmən
tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri
adekvat cavab tədbirləri həyata keçirərək qarşı tərəfi susdurur.



Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər