Ru
21:03 / 24 Fevral 2018

Kiyev aeroportunda “Xocalı”nı anlatan buklet erməniləri şoka saldı - VİDEO

4718
Bu gün Ukraynanın Borispol Hava Limanında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəalları ilə ermənilər arasında insident yaşanıb.


BakuPost XəzərNews.az-a istinadən xəbər verir ki, insidentə səbəb diaspor fəallarının Xocalı soyqırımının ildönümü ərəfəsində sərnişinlərə sözügedən faciəni anlatan buklet paylamaları olub. 


Aksiyanın keçirilməsinə etiraz edən ermənilər gənclərə mane olublar, sonra isə Hava Limanı rəhbərliyinə şikayət ediblər. Lakin aksiyanın icazəli olduğunu öyrənən ermənilər geri çəkiliblər. 


Bir neçə saat ərzində iki minə yaxın sərnişinə Ukrayna dilində hazırlanan və Xocalı soyqırımını anlatan bukletlərin paylanılmasına nail olunub.


UABD-yə icazəli aksiyanın təşkilində AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov dəstək göstərib.


Qeyd edək ki, aksiyada UABD sədri Hikmət Cavadov özü də iştirak edib. Aksiya başa çatandan sonra H.Cavadov bildirib ki, artıq ofislərdə və konfrans zallarında təbliğat aparmaq dövrü arxada qalıb: "Ötən il Kiyevdə və Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında Xüsusi Buraxılış olan 30 min qəzet payladıq. Kiyevin metro çıxışlarında plakatlar asdıq. İldönüm çərçivəsində tədbirlərimiz davam edəcək”.


Kiyev aeroportunda “Xocalı”nı anlatan buklet erməniləri şoka saldı -  VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər