Ru
12:48 / 25 May 2017

Ermənilər Şuşada aeroport açıb? - “Oradan “kukuruznik”lər uçur”

4039

2 gündür
həm Ermənistan, həm də Azərbaycan mətbuatında ermənilərin Şuşada aeroport
açmasıyla bağlı informasiyalar yayılır. Məlumatlarda bildirilir ki, "Yell
Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə
turist uçuşlarına başlayıb. İddia olunur ki, ilk uçuşlar keçən həftədən Xankəndi
və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə
çəkən uçuşlar üçün şirkətin 35 min dram, yəni 72,4 dollar tələb etdiyi vur
ğulanır.


Ermənistan
tərəfinin Şuşada aeroport açması və uçuşlar təşkil etməsi Azərbaycanda ciddi
etirazla qarşılanıb.

Məsələni BakuPost.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, orada hansısa
aeroportun açılmasından söhbət belə gedə bilməz. Ehtiyatda olan zabit hesab
edir ki, fotolarda nümayiş olunan ikiyerlik təyyarələr adi asfalt yoldan da
havaya qalxa bilir:


 


"Şuşada olan insanlar bilirlər ki, orada aeroport açmağa
yer yoxdur. İkincisi də ki, nümayiş etdirdikləri həmin 2 yerlik təyyarəfason qurğu
adi asfalt yoldan da qalxa bilir. Bizdə Zabratda Milli Aviasiya Akademiyasının
kursantları bu tip təyyarələrdə məşq keçirlər. Uçuşlar həyata keçirib təcrübə
yığırlar. O təyyarə də balaca məsafələrdə uçmaq üçündür. Yəni Şuşadan kənara
çıxa bilməz. Çünki çıxacağı təqdirdə Azərbaycan Hərbi hava Qüvvələri onu
radarlar vasitəsilə tutacaqlar. Bir erməni deyir ki, biz turist səyahətləri təşkil
etmişik, onları 70 dollar civarında Xocalıdan Şuşaya, Şuşadan Xocalıya
aparacağıq. Bunlar hamısı boş reklamdır. Erməni tərəfi özünü reklam eləməyə
açlışır”.


 

Ü.Cəfərov
qeyd edib ki, erməni təyyarələri müəyyən məsafələrə qalxmağa cəhd etsələr, Azərbaycan
Hərbi Hava Qüvvələri onları məhv edəcək:
"Aeroport bilirsinizmi nə deməkdir?
Aeroportun bütün avadanlıqları, ora təyyarələrin qəbulu, yola salınması, tamam
başqa şeydir, adicə "kukuruznik” deyilən sahələri dərmanlamaq üçün istifadə
olunan balaca təkmotorlu təyyarələrin uçuşunu təşkil etmək isə ayrı. Bunu ancaq
ermənilər özləri daxildə, balaca bir məsafə uçun istifadə edə bilərlər. Əgər
istifadə edirlərsə də, bunun Azərbaycan üçü heç bir narahatlığı yoxdur. Sözsüz
ki, əgər onlar müəyyən məsafələrə qalxsalar, Azərbaycan Hərbi Hava Qüvvələri
onları da məhv edəcək”.

 

Nigar Etibar

BakuPost
Ermənilər Şuşada aeroport açıb? -  “Oradan “kukuruznik”lər uçur”
Ermənilər Şuşada aeroport açıb? -  “Oradan “kukuruznik”lər uçur”
Ermənilər Şuşada aeroport açıb? -  “Oradan “kukuruznik”lər uçur”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər