Ru
15:49 / 16 Yanvar 2017

Ermənilər sülh istəyən yazıçını 4 yaşlı qızı ilə hədələdilər

2344

Sülh Platformasına dəstək verən, Qarabağın Azərbaycana qaytarılmasını tələb edən məşhur erməni yazar Vahe Avetyan həmyerliləri tərəfindən təhqir və təhdidlərə məruz qalıb.

BakiPost.az xəbər verir ki, bu barədə Avetyan öz "facebook”
hesabında yazıb. Yazarın sözlərinə görə, buna səbəb onun Azərbaycanın haqlı
olduğunu bəyan etməsi, bir müddət əvvəl Bakıya səfərə gəlməsi və Xocalı
soyqırımı abidəsini ziyarət etməsi olub.

"Azərbaycanın
"CBC” telekanalına müsahibə verəndən və Azərbaycan xalqına başsağlığımı
çatdırandan sonra mənə qarşı mütəşəkkilliyinə və miqdarına görə böyük hücumlar
başlandı. Mənə minlərlə məktub gəlir, mərhum valideynlərimi, ailəmi,
yaxınlarımı söyürlər və hətta 4 yaşlı qızımı zorlayacaqlarını və öldürəcəklərini
deyirlər. Bütün bunların internetdə açıq şəkildə müzakirə olunmasına
baxmayaraq, heç bir hüquq müdafiəçisi, jurnalist bu coşmuş itləri
ağıllandırmağı öhdəsinə götürmür. Buna görə də sizə müraciət edirəm. Mənim ölkəmdə
azad media yoxdur. Qrantları ilə cinayətkarları bəsləyən demokratik ölkələrin səfirlikləri
bu haqda susur. Bu sükut sürgündə olan erməni yazıçıları üçün 10 illərlə davam
edəcək. Bu insanların sükutu polis də daxil olmaqla, savadsız tör-töküntülərdə
cəzasızlıq hissi yaradır"
, - deyə Avetyan qeyd edib.


V.Avetyan Ermənistanda rəsmi medianın da onun qətlinə
çağırışlar etdiyini yazıb:
""Arovat”, "Xayos Aşxar” qəzetləri, "1in” saytı,
"Van radiosu” və digərləri açıq mətnlə məni öldürməyə çağırırlar. Mən bu mətnləri
dərc etməyi və Bakıda bütün demokratik ölkələrin səfirliklərinə çatdırmağı
xahiş edirəm. Mən yazda İrəvana səfər etməyi planlaşdırıram. Əgər erməni
polisi, xunta, rüşvət alan hüquq müdafiəçiləri, demokratik ölkələrin səfirliklərindən
qrant alan cinayətkarlar mənə qarşı hücumu dayandırmayacaqlarsa, onda mən bir
neçə nəfərin o biri dünyaya getməyəcəyinə zamin durmuram. Mənə fiziki hücum
ediləcəksə, qabaqcadan xəbərdarlıq edirəm ki, məsuliyyət məndə deyil”.


Bakı Post

Ermənilər sülh istəyən yazıçını 4 yaşlı qızı ilə hədələdilər
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər