Ermənilər Qarabağa zirehli texnika və artilleriya qurğuları yığdı

1195
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər keçirir.

BakuPost xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlərdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. 

Təlimlərdə əsas diqqət atəşin aparılması formalarına və metodlarına, döyüş vəziyyəti nəzərə alınmaqla, şərti rəqibin hədəflərinin sıradan çıxarılması xüsusiyyətlərinə yönəldiləcək.

Xatırladaq ki, martın 12-dən Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər