Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib.
Bu barədə BakuPost-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 17-də cəbhənin Tərtər istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edilib.