Ru
16:30 / 22 May 2017

Erməni nazir müavini Əsədovu tənqid etdi - Ərdoğandan sərt cavab aldı

1000

Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
yaradılmasının 25-ci ildönümünə həsr olunan sammitdə gərginlik yaşanıb.

BakiPost.az Türkiyə mətbuatna istinadən xəbər verir
ki, gərginlik Ermənistan daxili işlər nazirinin köməkçisi Aşot Hovakimiyanın
sözlərinə görə olub. Belə ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov
sammitdəki çıxışında "Təşkilata üzv ölkələrdən biri hələ də zəhərli
ideologiyasından vaz keçməyib” deyə ifadə işlədib. Türkiy mətbuatı yazır ki, nitqinin
demək olar ki, yarıdan çox hissəsini Qarabağ məsələsinə həsr edən nazir müavini
O. Əsədovun bu sözlərinə cavab olaraq "Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
siyasi ittihamlar yeri deyil” deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğam isə Ermənistan
təmsilçisinə sərt reaksiya verib. O, sammitin siyasi ittiham yeri olmadığına
diqqət çəkərək, "Lakin burada heç kim ittiham və dəyərləndirmə etmədi, siz isə
nitqinizin bütün hissəsini siyasi dyərləndirməyə həsr etdiniz” deyə cavab
verib.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər