Erməni media maqnatının şirkəti müflis oldu

Federal Vergi Servisi ermənistanlı media maqnatı Aram Qabrelyanova məxsus "Jizn" qəzeti və "Layf" telekanalı barəsində müflisləşmə strukturuna müraciət ünvanlayıb.

Qaynarinfo.az xəbər verir ki, müraciətdə media şirkətinin vergi borcu olduğu, həmçini Krımda apardığı yayıma görə Rusiyanın televiziya və radio yayım şəbəkəsinə böyük məbləğdə borclu olduğu qeyd edilib.

Müraciəti may ayının 17-də Rusiyanın Arbitaj Məhkəməsi qeydə alıb.

Qabrelyanov açıqlaması zamanı deyinlərin yalan olduğunu, borclu olduğu məbləği 2016-cı ildə lisenziyası ləğv edilən UNIFIN bankına köçürdüyünü bildirib.

Gələcəkdə tamamilə internet üzərindən yayıma keçəcəklərini qeyd edən media maqnatı hazırda Trikolor TV, MTS və "VimpelCom" daxil olmaqla, müxtəlif şəbəkələr, kabel və peyk vasitəsilə yayım etdiklərini deyib.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər