Ru
19:26 / 20 Sentyabr 2017

Erməni deputatlar sabah Bakıya gələcək

807
Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan sabah Bakıya gəlmək niyyətindədir.


"Report" xəbər verir ki, bu barədə Armen Aşotyan "Facebook" səhifəsində yazıb.


Onun sözlərinə görə, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində "Şərq tərəfdaşlığı” proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.


Məlumata görə, Ermənistan nümayəndə heyəti Bakıda keçirilən bu tədbirdə iştirak etmək üçün dəvət alıb.


Milli Məclisin Mətbuat xidmətindən bildiriblər ki, erməni deputatların adları iclas iştirakçılarının siyahısında var, lakin onların tədbirə qatılıb-qatılmayacaqları barədə dəqiq məlumat yoxdur.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər