Ru
21:57 / 24 İyul 2017

Ərini öldürüb meyitini 4 ildir saxlayan qadın danışdı - VİDEO

1479
Xəbər verdiyimiz kimi, Göygöldə 4 ildir, itkin düşən kişinin arvadı tərəfindən öldürüldüyü üzə çıxıb.


BakuPost.az ARB TV-yə istinadən xəbər verir ki, 2013-cü ildə öldürülən İlham Qəhrəmanovun həyat yoldaşı Aynurə Qəhrəmanova cinayəti etiraf edib:


"Sinəsindən itələdim arxası üstə "kravat”a düşdü. Boğazından tutub boğdum. Dedi, boğuldum, boğuldum. Xırıltısı gələndə buraxdım. Aparıb damın arxasında gizlətdim. Səhər açıldı, fikirləşdim, başqa çarəm yoxdur. Yer qazıb basdırdım, üstünü də torpaqladım”.


Saxlanılan şəxs bildirib ki, münaqişəli ailəsi olduğu üçün bu addımı atıb: "Hər gün dalaşırdıq. Həmin günü də mənə laqeyd sözlər çox dedi. Mənə ona dözmədim dalaşdıq”.

 

BakuPost

 



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər