Ru
23:28 / 22 May 2017

Ərindən boşanan qadın intihara cəhd etdi - Vəziyyəti ağırdır

1057
İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün İsmayıllı şəhərində qeydə alınıb.

 

Rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Gülağa qızı bu gün məhkəmə qərarı ilə həyat yoldaşından boşandıqdan sonra atasının evinə gedərək orada sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılan 3 uşaq anası Fəxriyyə Məmmədova ilkin tibbi yardımdan sonra müalicə üçün təcili olaraq Bakı şəhərinə aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. 

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.   

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər