Ru
17:40 / 24 Aprel 2017

- “Türklər və ermənilər...” Erdoğandan ermənilərlə bağlı ŞOK mesaj

9827

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı
Erməni kilsəsində təşkil olunan tədbirə məktub göndərib.

BakiPost.az Türkiyə KİV-lərinə istinadən xəbər verir
ki, məktubun mətni olduqca diqqət çəkəndir. Ərdoğan məktubda erməniləeə böyük
hörmət bəslədiyini yazıb: "Ölkəmizdəki erməni xalqının rahatlığı, təhlükəsizliyi
və xoşbəxtliyi bizim üçün özəl əhəmiyyətə malikdir, bir erməni vətəndaşın belə
xaric edilməsinə, özünü aşağı təbəqənin insanı kimi hiss etməsinə dözümümüz
yoxdur”.


Türkiyə prezidenti türk və ermənilərin regionun 2
qədim xalqı olduğunu və min ildir çiyin-çiyinə yaşadıqlarını vurğulayıb.
Bildirib ki, erməni xalqı Osmanlı və Türkiyə Cümhuriyyəti dövründə layiqli
övladlar yetişdirərək, Türkiyənin inkişafında vacib rol oynayıb: "Yüz illərlə
sevinc və kədərdə ortaq olan iki xalqın keçmiş yaraları sağaltması və insani
bağlarını daha da qüvvətləndirməsi hamımızın ortaq amalıdır. Bu xüsusda son 14
ildə bir çox addım atmışıq. Osmanlı ermənilərinin xatirəsinə və erməni
mədəniyyət mirasına sahib çıxmaq yönündə çalışmalarımızı bundan sonra da
artıraraq həyata keçirəcəyik”.


Qeyd edək ki, bu gün Ermənistan diasporu və xalqı dünyanın bir çox ölkələrində 24 aprel – qondarma erməni soyqırımına həsr olunmuş tədbir keçirir. Onlar 1915-ci ilin 24 aprelində türklərin erməni xalqına qarşı soyqırım həyata keçirdiyini iddia edir. 

Bakı Post


 - “Türklər və ermənilər...” Erdoğandan ermənilərlə bağlı ŞOK mesaj
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər