Ru
16:34 / 22 Yanvar 2018

Ərdoğan “Zeytun budağı”ndan danışdı: “Bizə lazım deyil, amma məcburuq”

927
"Afrində davam edən "Zeytun budağı” əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədi daşıyır”.


BakuPost Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindəki əməliyyatlarla bağlı danışarkən deyib. O, Suriya ərazisinin Türkiyəyə lazım olmadığlnı dilə gətiirb: "Suriyanın parçalanması nə Türkiyə, nə İraq, nə də İranın maraqlarına cavab verir. Türkiyəyə Suriya əraziləri lazım deyil, amma Ankara Suriyanın şimalında təhlükəsizliyi təmin etməyə məcburdur”.


Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər