Ərdoğan Trampla görüşə niyə şəxsi maşınını da aparıb? - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərinə şəxsi "Mercedes” markalı avtomobilini də aparıb.

BakiPost.az xəbər verir ki, Ərdoğan Trampla görüşə gedərkən karqo təyyarəsi onun şəxsi maşınını da Vaşinqtona çatdırıb. 

Məlumat üçü bildirək ki, Türkiyə prezidenti bundan əvvəlki səfərində - keçmiş prezident Barak Obama ilə görüşdə ABŞ tərəfindən təşkil olunmuş və Amerika prezidentlərinin xidməti maşını olan "Cadillac” markalı avtomobildə hərəkət etmişdi.

Lakin Türkiyə liderinin ABŞ-da öz şəxsi maşınından istifadə etməsi ilk hal deyil. Bundan əvvəl Nyu-Yorkda keçirilən BMT-nın tədbirinə də Ərdoğan öz avtomobilini gətirtmişdi. 

O, ilk dəfə keçən ilin fevralında Cənubi Amerika ölkələrinə səfərində gəzintiyə öz maşını ilə çıxmışdı. Ərdoğanın avtomobili Çili, Peru və Ekvadora karqo təyyarəsi ilə aparılmışdı.

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər