Ru
19:35 / 23 Yanvar 2017

Ərdoğan BMT-də islahatların aparılmasını təklif etdi

915
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib.


Trend-in məlumatına görə, R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.


Türkiyə prezidenti deyib: "Mən dünya ictimiayyətini birləşməyə və BMT-də islahatlar keçirməyə çağırıram. BMT Təhlükəsizlik Şurası üzvlərinin daimi və müvəqqəti üzvlərə bölünməsini ləğv etmək lazımdır”.


R.T.Ərdoğan BMT TŞ-da təmsil olunacaq 20 ölkənin hər iki ildən bir dəyişməsini də təklif edib.


Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına 5 daimi, 10 müvəqqəti üzv daxildir.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər