Ru
23:42 / 19 May 2018

- Bu yazı aradakı incə xətti tapmağınıza kömək edəcək Eqomuza “dur” deməliyik, yoxsa...

5107
QARAŞIN XATUN

 

 

Eqo - latınca bir kəlmədir. Mən, mənlik, öz deməkdir. İnsan doğulduğu andan etibarən eqonun əsiridir. Yaşama göz açdığı gündən ölənə qədər həyatını daha yaxşı yaşamaq, bütün yüksək dəyərlərə sahib olmaq istəyi insanı eqoist olmağa sürükləyir. Eqo insanda səmimiyyət, sevgi, mərhəmət kimi duyğuların yox olmasına səbəb olur. Eqoizmin psixoloji ölçüsü olan gələcək qorxusu insanların həyatını məhvə doğru aparmaqdadır.


Eqoizm bir insanın ancaq öz çıxarları üçün hərəkət etməsidir. Eqoist insanlar yalnız öz mənafelərini düşünür və ona uyğun hədəflər doğrultusunda hərəkət edir. Eqoizm daima və yalnızca "Mən" ideologiyası olaraq qəbul edilməlidir. Eqoizmin 3 ana xətti vardır:


Təsir etmə: Bir insanın uzun zaman yalnız öz xeyrinə olan işləri görməsi.


Psixoloji: İnsanların bütün hərəkətləri, eqoistik arzular tərəfindən motivasiya olunur, burda ən üst ünsür -  şəxsin mənfəətidir.


Rasional: İnsanların öz mənfəətləri uğrunda hərəkət etməsinin rasional olduğunu müdafiə etməsi.


Eqomuzu tanımaq bizim üçün çox önəmlidir. Bir çox insan ömürlərini eqolarının qulluğunda keçirir. Lakin bunu edərkən nəyə qulluq etdiklərini bilmirlər. Eqo üçün bir son yoxdur. O bizə həyatımız boyunca xidmət etməlidir. O hər zaman "Daha"nın , "Ən"in arxasınca qaçır. Eqo bizə yaşam boyunca özümüzdə inkişaf etdirməmiz gərəkən tərəfləri göstərər. Bu inkişafdan faydalana bilmək üçün zaman-zaman eqomuza "dur” deyə bilməliyik və onu kontrol etməyi öyrənməliyik. Əks təqdirdə bu eqo yaşamımızdakı insanların həyatını məhv edəcək dərəcəyə çatır. Biz öz uğurlarımız naminə ən sevdiyimiz insanları belə istismar edirik. Köləlik aşılayırıq. Onları öz doğrularımızla yönləndirməyə çalışırıq. Bizə olan sevgilərindən bu manipulyasiyanın fərqinə vararaq və ya varmayaraq susurlar. Eqoist biri isə bu susmanı onların məcburiyyəti olaraq qəbul edir.  Bilincsiz eqo hər iki insanı sonda özünə qurban edəcək. Bunu Stefan Sveiq "Amok" da daha aydın təsəvvür edib(Malayziyalılarda görülən bir cür sərxoşluq). Əslində, bu, sərxoşluqdan daha betərdir... Çılğınlıq, insanın qəzəbdən dəli olması, dəlicə bir inanca bağlanması. Bu, sərxoşluq deyil. Amoku belə təsəvvür edək: Sıradan, adi bir malayziyalı oturub içki içir. Ruhsuz, ətrafa maraqsız, donuq vəziyyətdə. Sonra anidən ayağa qalxır, xəncərinə sarılır, küçəyə qaçır...Dümdüz qaçır...Hara getdiyini bilmədən. Yoluna çıxan hər canlını insan və ya heyvan olmasından asılı olmayaraq, qılıncdan keçirir. Axan qanı gördükcə daha da qəzəblənir, ağzı köpüklənir, qudurmuş heyvan kimi olur. Amma qaçmağa davam edir, sağa-sola baxmadan, acı dolu səslə bağıra-bağıra əlindəki qanlı xəncərlə  qaçmağa davam edir. Ətrafdakı insanlar amoku heç bir gücün durdura bilməyəcəyini bilirlər. Ona görə sadəcə bir-birlərini xəbərdar etmək üçün "amok", "amok" deyə qışqırar və gizlənərlər. O, kimsəni görmədən və duymadan qaçmağa davam edər. Sonda amoku quduz bir it tək  vurub öldürərlər.


İnsan eqosu da eynilə amok kimidir. Amoku qan, içki idarə etdiyi kimi, eqonu da əldə etdikləri, hər kəsdən üstün olma inancı idarə edir. Eqonun amoka dönüşüb sonda bizi quduz it tək öldürməməsi üçün onu bilincli şəkildə, kontrollu olaraq həyatımızda tutmalıyıq. Eqoist insan əslində özünü çox sevən biri deyil, hətda özünə nifrət edən biridir. Özündən xoşlanmaması və özüylə maraqlanmaması onu boş və bədbəxt biri halına gətirər. Eqosuna görə bədbəxt olan bir insan özünə ağılsızca, kor koranə sərhədlər qoyar və əldə edə bilmədiklərini bu dəfə nifrət və qəzəblə əldə etməyə çalışar. Eqo nə ölmək, nə də öldürməkdir.


"Homo homini lupus" (İnsan insanın qurdudur)Thomas Hobbese görə bu düşüncə əxlaq fəlsəfəsinin təməl daşıdır. İnsan əslində toplumsal bir varlıq deyil.

 

Onun yaradılışında eqoizim var, özünü qoruma instinkti başlıca meyardır. İnsan əslində eqoist, qorxaq, özünə inamı olmayan bir varlıqdır.


Bilincsiz eqo cahil sürüsü yaratdıqı halda, bilincli , kontrollu və nəyə yönəlik oldugunu bildiyimiz eqo üstün insan toplumu yaratmaga qadirdir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər