Ru
17:04 / 21 Sentyabr 2017

“Enbe Orkestri”nin azərbaycanlı solistinin yeni klipi - VİDEO

893
Türkiyənin məşhur "Enbe Orkestri”nin azərbaycanlı solisti Fərid Mərd yeni klip ərsəyə gətirib.


BakuPost.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənni özü məlumat verib.


"Sözləri və musiqisi mənə məxsus olan, 2012-ci ildə bəstələdiyim "Ritmini tutdum” adlı mahnıya özüm lentə aldığım kadrlardan ibarət klip çəkmək qərarına gəldim. Azərbaycanda yaşadığım illərdə bu mahnını bir çox radio və televiziyalarda səsləndirmişdim və maraqla qarşılanmışdı”, - deyə o bildirib.

 



 


Qeyd edək ki, Fərid Mərd 2015-ci ildən "Enbe Orkestri”ndə çalışır. "Enbe Orkestri” - Türkiyə və digər ölkələrin musiqiçilərindən ibarət qrupdur. Bu günə qədər Barry White, Richard Clayderman, Christian Adam, Goran Bregoviç, Pavarotti, Domingo, Monica Molina, Gloria Gaynor və digər dünya şöhrətli ifaçılarla birgə konsert verib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər