Ru
23:51 / 16 Avqust 2017

Ən çox qazanan aktrisa kimdir?

1053
"Forbes"un versiyasına əsasən, "La-la-lend" filmindəki roluna görə, "Oskar" mükafatı alan amerikalı aktrisa Emma Stoun 2017-ci ilin ən yüksək gəlirli aktrisası seçilib.

 

Trend-in verdiyi məlumata görə, Emma Stoun son 12 ay ərzində 26 milyon dollaq gəlir qazanıb.

Reytinqdə 2-ci yerdə "Dostlar" teleserialının ulduzu amerikalı aktrisa Cenifer Eniston qərarlaşıb. Onun son 12 ay üçün əldə etdiyi gəlir 25,5 milyon dollar təşkil edir.

 

3-cü pillədə "Ac oyunlar" filmində əsas rolda oynayan Cenifer Lourens qərarlaşıb və onun 12 aylıq gəliri 24 milyon dollar təşkil edib.

Dünyada ən çox qazanan aktrisaların 5-liyinə tanınmış aktrisa Melissa Makkarti (18 milyon dollar) və Mila Kunis də (15,5 milyon dollar) daxil olublar.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər