Korrupsiya ən çox hansı sahələrdədir?

Azərbaycanda bu ilin 6 ayı ərzində ən çox korrupsiya faktı özəl sektorda aşkarlanıb.

BakuPost.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 6 ay ərzində özəl sektorda 28 şəxs barəsində 25 cinayət işi başlanıb: "Bundan başqa, bank sektorunda 32 şəxs barəsində 19, təhsil sahəsində 12 şəxs barəsində 10, sosial müdafiə sahəsində 5 şəxs barəsində 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4, gömrük sahəsində isə 2 şəxs barəsində 1 cinayət işi başlanıb".

K.Əliyev qeyd edib ki, vununla yanaşı, vəkillərlə bağlı, "Azərsu" ASC üzrə, təbiətin mühafizə sahəsi ilə bağlı da cinayət işləri başlanıb, istintaq aparılır.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər