Ru
14:13 / 15 Avqust 2017

Çempionlar Liqasının himni milli improvizasiyada - VİDEO

1315
Bütün dünyada məhşur olan Çempionlar Liqasının himni musiqi alətlərimizin və muğam ifaçılarının iştirakı ilə milli və müasir improvizasiyada hazırlanıb. 


BakuPost.az Oxu.Az-a istinadən xəbər verir ki, layihəni ərsəyə gətirən Şakir Eminbəyli, Xalq artisiti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabdır.


Layihədə "Qaytağı" qrupunun üzvləri - əməkdar artist Ələkbər Ələkbərov, Abbas Səfərov, Orxan Musayev, Elşən Mansurov, Elnur Zeynalov, Səbinə Əsədova, Fəridə Məmmədova və nəhayət, səs rejissoru Bəxtiyar Həsənov yer alıb.


Xatırladaq ki, bu gün futbol üzrə Çempionlar Liqasında "play-off” mərhələsinə start veriləcək. Açılış matçında Azərbaycan çempionu "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda  Danimarkanın "Kopenhagen” klubunu qəbul edəcək. Matçın start fiti saat 20:00-da səslənəcək. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər