Ru
23:02 / 18 İyun 2018

Əmilərini söyüş üstündə döydülər - Şamaxıda qohum davası

3835
Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.


BakuPost-un APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında rayonun Bağırlı kənd sakini, 1975-ci il təvəllüdlü Almirzəyev Bəhərçin Əliməmməd oğlu baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.


Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır. Onların arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər