Ru
14:25 / 15 Oktyabr 2018

Əməliyyatdan sonra ölən şəxsin ölümünün SƏBƏBİ

2033
Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümünün səbəbi açıqlanıb.


BakuPost xəbər verir ki, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumu intoksikasiyası (zəhərlənmə) olub:


"Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs bundan ölüb. Orqanizmin ümumu intoksikasiyası ölümün bilavasitə səbəbidir”.


Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.


Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər