Ru
23:24 / 13 Fevral 2017

Əlizadə qardaşlarının türklərə nifrəti hardandır?

4570
Zərdüşt Əlizadənin "Lent”az-a müsahibəsini mən də oxudum. Bu insanda nə qədər qısqanclıq var imiş. Ümumiyyətlə, bu qardaşlarda bir Türk nifrəti formalaşıbdır. Özü də etiraf edir ki, türkdür, amma türkə nifrət edir. Elçibəydən söhbət düşəndə nalayiq ifadələr işlədir. Görün kim özünü kimlə müqayisə edir? 


Məsələnin kökündə dayanan odur ki, bunun kimi insanlar o zaman meydana atıldılar, amma bu xalq bunları qəbul etmədi. Bunların içərisində Əbülfəz Elçibəy hamısını yendi və xalqın qəlbinə hopdu. Bu adam Məhəmməd Əmin Rəsulzadədən danışır və Elçibəyi onun davamçısı, onun yolunu aparan insan kimi qəbul etmir. Bax, qısqanclıq burda özünü daha çox göstərir. Çünki bunun kimi insanlar Elçibəy zirvəsinə çata bilmədilər. Zərdüşt bəy özü də bilir ki, Elçibəy kimdir... Amma xarakteri bunu qəbul etməyə imkan vermir. Bəs onda siz kimsiniz? Sizə nə ad verək? Türkçülüyə nifrət edən, hərəkat adamlarına şər atan bir insan!!! 




Əbülfəz Elçibəyə, İsa Qəmbərə, İskəndər Həmidova kürd damğası vuran bu şəxs dediklərinin fövqündədirmi? Bəlkə biz bu insanları tanımırıq? Əkrəm Əylislinin adından istifadə edir... Əkrəm Əylisli də onu təkzib edir və yalan dediyini yazır...Dəhşətdi! Bu qardaşlarda bu nifrət nədən yaranıb? Müsahibəsində deyir ki, Ana Yasadan Türk sözünün çıxarılması çox yaxşı oldu. Yaxşı oldu ki, azərbaycanlı yazıldı. Cənab Zərdüşt Əlizadə adından istifadə etdiyiniz Məhəmməd Əmin Rəsulzadənin təmsil olunduğu Azərbaycan Cümhuriyyətində kimliyimiz Ana Yasada Türk yazılmışdı. Bu adı 1937-ci ildə azərbaycanlı ilə dəyişdilər. Dəyişəndə Stalin etiraf etmişdi ki, bu ad bütün Türk dünyasını parçalayacaqdır. 


Zərdüşt bəy, mənim atamın pasportunda kimliyi Türk yazılmışdır. Bu ixtiyarı bir türk kimi kimsə əlimizdən ala bilməzdi. Amma aldılar. Bəli, Əbülfəz Elçibəy düz etdi ki, bunu bərpa etdi. Siz isə bunun dəyişdirilməsinə sevinirsiniz. Sonra da deyirsiniz ki, kimliyiniz türkdür. Bax, buna inanmadım. Əbülfəz Elçibəyə nifrətiniz o qədər böyükdür ki, onu aşağılamaqla sakitləşməyib, Türk birliyini xəyal, nağıl adlandırırsınız. Elə belə də düşünün! Bu sizin xarakterinizi ifadə edir. Onu da sizə bildirək ki, Türk Birliyi günü-gündən genişlənir. Turana gedən yolun yolçuları artıq bu yolu irəliləyirlər. Büz Bütöv Azərbaycan Ocaqları olaraq fəxr edirik ki, bu yolu gedənlərin ön sıralarındayıq! 


Biz sizdən fərqli olaraq Azərbaycanda yaşayan bütün insanların haqlarını, hüquqlarını müdafiə edirik. Biz onları özümüzdən ayırmırıq. Biz onlarla birgə Bütöv Azərbaycanı quracağıq. Biz onlarla birgə Turanı quracağıq. Turan onların da doğma vətənidir. Türkçülük faşizm, irqçilik deyildir. Türkçülük haqqa, ədalətə söykənən, bütün insanlara eyni baxan bir ideoloji sistemdir. Türk əxlaqı heç zaman zoraklığı, hansısa xalqa zülm etməyi qəbul etməyibdir. Azərbaycanda türklər çoxsaylı olmaqla, digər xalqlarla çiyin-çiyinə düşmənlərlə mübarizə aparmış və birgə gülmüş, birgə ağlamışlar. Bunu Vətənimizin tarixi sübut edir. Biz bu yolla irəliləyirik. Bu yol bizə Məhəmməd Əmin Rəsulzadədən və Əbülfəz Elçibəydən qalmışdır. Əminik ki, bu yolu şərəflə davam etdirb, gələcək nəsillərə ötürəcəyik. Onu da bilin ki, Dünya Türkün ədalətinə möhtacdır. Bu gün qardaş Türkiyənin ətarfında birləşən Türk dünyası az bir zamanda Dünyanın taleyini həll edəcək güc mərkəzinə çevriləcəkdir! Buna əmin olun!

 

Dilavər Əzimli

Tarixçi alim

Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər