Ru
10:15 / 11 Avqust 2017

Əli Həsənov nəvəsinin öldürdüyü şəxsin evinə gedib: “Naili polisə öz əllərimlə verdim”

5937
Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib. 

 

BapuPost.az xəbər verir ki, bu barədə məlumatı Meydan.tv yayıb. Mərhumun ailə üzvləri qarşı tərəfdən razılığını ifadə ediblər: "Hadisədir, olubdur də, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur - red) üstünə düşüb, onu vurmaq istəyir. Şou yaradırlar... 


Əli Həsənov gəldi, nə suallarımız vardı verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov "əlimlə nəvəmi aparıb polisə təslim etdim”, - dedi".


74 yaşlı Vaqif Əsədov Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayırmış. O, avqustun 3-də Heydər Əliyev prospektində baş verən qəzanın qurbanlarındandır. Həmin gün axşam saatlarında Nail Abdullayevə məxsus "Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza nəticəsində onunla yanaşı daha 1 nəfər həyatını itirib. İki Türkiyə vətəndaşı isə yaralanıb.

 

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər