Ru
20:18 / 20 Sentyabr 2017

Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK

1537
Azərbaycan əhalisi elektrik enerjisi üçün ön ödəmə SMART-kartlarının balansını "MilliÖn" terminalları vasitəsilə yükləmək imkanı əldə edib.


Bu barədə Trend-ə "Komtec" şirkətindən ("MilliÖN" ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) məlumat verilib.


Məlumatda qeyd olunur ki, SMART-kartları hələlik Gəncə, İsmayıllı, Sumqayıt və Abşeron yarımadasındakı terminallarda yükləmək mümkün olacaq.


Şirkətdən o da məlumat verilib ki, yaxın zamanlarda Gəncədə SMART-kart yükləmə funksiyalı "MilliÖn" terminallarının sayı artırılacaq: "Bundan başqa, gələn həftə yeni funksiya Mingəçevir, Bərdə və Şəmkirdəki terminallarda işə salınacaq".

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər