Ru
12:24 / 20 Oktyabr 2016

Eldar Mahmudov işə başladı – Mağazaları açıldı (FOTO)

8512
Ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudov ciddi fəaliyyətə başlayıb.

 

BakiPost.az xəbər verir ki, o, "dondurlulan” işlərini qaydaya salıb, MTN ətrafında baş verən gərginlik vaxtı fəaliyyəti dayandırılan obyektlərinin açılışını edib.

 

Bu obyektlər arasında Bakıda məşhur olan şərab mağazaları da var. 

Məlum olduğu kimi, E.Mahmudov vəzifəsindən qovulduqdan sonra İnşaatçılar və Nəriman Nərimanov prospektlərindəki iri şərab evləri bağlanmışdı və bu barədə mətbuatda da məlumat yayılmışdı. Bir neçə gün əvvəl isə həmin şərab evləri fəaliyyətə başlayıb. 

Məlumata görə, bu şərab evləriylə yanaşı Mahmudovun digər obyektlərində də işlərə start verilib.   


Qeyd edək ki, Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də vəzifəsindən azad edilib. Bundan sonra  Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxslərin dəhşətli cinayətlərinin üstü açılıb. Başlanan prosesdə Eldar Mahmudovun həbsi gözlənilsə də, hələlik bu, baş verməyib. Əksinə, görünür, o, həbs təhlükəsini tamamilə adladığına əmin olduğuna görə şəxsi biznesini qaydaya salmağa başlayıb.  

 


 

BakiPost.az




Eldar Mahmudov işə başladı –  Mağazaları açıldı (FOTO)
Eldar Mahmudov işə başladı –  Mağazaları açıldı (FOTO)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər