Elçin Şıxlı qayıtdı - “Zerkalo” yenidən fəaliyyətə başlayır

1024
2014-cü il avqustunda fəaliyyətinin birdəfəlik dayandırıldığı elan edilən edilən "Zerkalo” qəzeti yenidən fəaliyyətə başlayıb.

BakuPost xəbər verir ki, bu barədə qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı sosial şəbəkədə məlumat verib. O, qəzetin fəaliyyətini internet üzərindən davam etdirəcəyini açıqlayıb: ""Zerkalo"nu da işə saldıq! Əyər-əskikləri hələ var, üzərində iş gedir, amma artıq baxa bilərsiniz - zerkalo.az””.

Məlumat üçün bildirək ki, sözügedən tarixdə fəaliyyəti dayandırılan "Ayna” qəzeti də bir müddət əvvəl online rejimdə yayımlanmağa başlayıb.

Qeyd edək ki, "Zerkalo” qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Rus dilində çıxan "Zerkalo” gündəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmayıb, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər