Ru
10:23 / 22 Avqust 2017

Elçibəyin vəfatından 17 il ötür

916
Milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 17 il keçir.


BakuPost.az-ın məlumatına görə, Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.


Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.


1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.


Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.


1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.


Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər